Müdavimlər görkəmli dövlət və elm xadimi Əziz Əliyevin Xatirə Muzeyini ziyarət edirlər
12.10.2026
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubiley tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarında iştirak edən müdavimlərin institutda fəaliyyət göstərən, görkəmli şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş Xatirə Muzeyinə ziyarətləri təşkil olunur.
Ziyarətlərin əsas məqsədi müdavimləri Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və tibbi təhsilin inkişafındakı misilsiz xidmətləri ilə yaxından tanış etmək, onun zəngin elmi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
Muzeydə nümayiş etdirilən eksponatlar və fotoşəkillər vasitəsilə müdavimlər görkəmli şəxsiyyətin həyat yolu, çoxşaxəli fəaliyyəti və Azərbaycan səhiyyəsinin inkişaf tarixi haqqında ətraflı məlumat əldə edirlər. Ziyarətlər zamanı Əziz Əliyevin hazırda onun adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində çalışdığı dövrə xüsusi diqqət yetirilir, institutun inkişafı, elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi və tibb kadrlarının hazırlanması istiqamətində həyata keçirdiyi mühüm işlər vurğulanır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.