“Tibb elmlərinin tədrisi” adlı növbəti kurs başa çatdı
09.10.2026
2022-ci ildən başlayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ölkədə tibb tədrisçilərin inkişafı proqramı çərçivəsində, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Tibb elmlərinin tədrisi (ToT)” adlı kurs həyata keçirilir. Kursun məqsədi tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və yerli mütəxəssislərinin bilik və bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsidir. Bu kurslar proqrama əsasən hər il 4 dəfə həyata keçirilir.
28.09-09.10.2026-cı il tarixlərində növbəti ToT-20 kursu baş tutdu. İnstitutun 8 nəfər təlimçiləri tərəfindən həyata keçirilən bu kursda Ə.Əliyev adına ADHTİ-nin 2 əməkdaşı və 1 nömrəli Bakı Tibb Kollecinin 6 müəllimi iştirak etmişlər.
8 gün ərzində kurs iştirakçılarına dünya tibb tədrisində istifadə edilən proqram modelləri, üsullar və texnikalara dair geniş məlumatlar təqdim edilmişdir. Kurs müddətində onlara mövzulara dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmək imkanı da yaradılmışdır. Bunlarla yanaşı müdavimlər Ə.Əliyevin anadan olmasının 130 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində institutda fəaliyyət göstərən görkəmli dövlət və elm xadiminin xatirə müzeyini ziyarət etmiş və onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izləmişlər.
Təlimin son günündə iştirakçılar kursun onlar üçün çox maraqlı və faydalı olduğunu qeyd etmiş və təlimdə əldə etdikləri yeni yanaşmaları öz fəaliyyətlərində tətbiq edəcəklərini səsləndirmişlər.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.