Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası EACMFS 2026 beynəlxalq konqresində elmi işlərlə təmsil olunub

05.10.2026

29 sentyabr–2 oktyabr tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahovun Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutub. “Dentsply Sirona” şirkətinin dəvəti ilə keçirilən səfərdə instituyun rektorunu Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru, t.ü.f.d. İmran Ağayev müşayiət edib. Səfərin əsas məqsədi səhiyyə və tibb təhsili sahələrində əməkdaşlıq imkanlarını müzakirə etmək, stomatologiya üzrə müasir təlim proqramlarının hazırlanması və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub. Səfər çərçivəsində “Dentsply Sirona” şirkətinin nümayəndələri ilə keçirilən görüşlərdə stomatoloji təhsil, həkimlərin davamlı peşəkar inkişafı və müasir təlim metodlarının tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Şirkətlə təlim kursları çərçivəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin gələcəkdə Əziz Əliyev adına ADHTİ ilə “Dentsply Sirona Dental Education Program”ın yaradılması imkanları müzakirə olunub. Görüşlər zamanı bildirilib ki, “Dentsply Sirona” stomatoloji avadanlıqlar və tədris ləvazimatlarının istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət “DS Academy” platforması vasitəsilə stomatoloqlar üçün canlı seminarlar, praktiki “hands-on” tədbirlər, vebinarlar və onlayn kurslar təşkil edir. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təlim mərkəzləri vasitəsilə universitetlər, stomatoloji məktəblər və peşəkar təşkilatlarla əməkdaşlıq edir. Səfər zamanı professor Nazim Pənahov Almaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Frankfurt Universitetinin Stomatoloji Klinikasını da ziyarət edib. Ziyarət çərçivəsində klinikanın fəaliyyəti, müasir stomatoloji xidmət və tədris imkanları ilə tanışlıq keçirilib. Həmçinin klinikanın nəzdində fəaliyyət göstərən təlim mərkəzinin infrastrukturu, praktiki hazırlıq imkanları və stomatoloqların peşəkar inkişafına yönəlmiş təlim yanaşmaları barədə məlumat əldə edilib. Keçirilən görüşlər və aparılan fikir mübadiləsi Əziz Əliyev adına ADHTİ-də stomatologiya üzrə davamlı tibbi təhsilin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, müasir təlim imkanlarının ölkəmizdə tətbiqi və mütəxəssislərin praktiki hazırlığının gücləndirilməsi baxımından əhəmiyyətli olub. Səfərin yekunlarına əsasən, tərəflər arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi, təlim və təhsil proqramlarının hazırlanması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üzrə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu