Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası EACMFS 2026 beynəlxalq konqresində elmi işlərlə təmsil olunub

21.09.2026

14–18 sentyabr 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində European Association for Cranio-Maxillo-Facial Surgery (EACMFS) tərəfindən təşkil olunan 28-ci Beynəlxalq Konqres keçirilib. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası elmi-tədqiqat işləri ilə təmsil olunmuşdur. Kafedranın müdiri, dosent Həsən Əsədovun elmi rəhbərliyi ilə hazırlanmış elmi işlər konqresin elmi proqramına daxil edilmiş və həm məruzə, həm də poster təqdimatı formatında nümayiş etdirilmişdir.
Kafedranın assistenti İlham Mehdiyev “Surgery-First Orthognathic Correction of Skeletal Class III in a Patient with a Completely Edentulous Maxilla: A Multidisciplinary, Prosthetically Driven Approach” mövzusunda məruzə ilə çıxış etmişdir.Təqdimatda tam dişsiz üst çənənin dental implantlar və implantüstü protezlə əvvəlcədən reabilitasiya olunduğu pasiyentdə III sinif skelet deformasiyasının ortognatik cərrahi korreksiyası ilə bağlı klinik hal təqdim edilmişdir. Müalicə multidissiplinar və protez yönümlü planlama əsasında həyata keçirilmiş, mövcud implantüstü protezin və okklüzal vəziyyətin nəzərə alınması ilə “surgery-first” ortognatik cərrahiyyə yanaşması tətbiq edilmişdir.
Təqdimatda klinik vəziyyətin qiymətləndirilməsi, müalicənin planlaşdırılması, cərrahi mərhələ və əldə olunan funksional və estetik nəticələr təqdim olunmuşdur.
Kafedranın rezidenti olmuş Günel Mustafayeva “Bimaxillary Orthognathic Correction of Severe Skeletal Class III in Moebius Syndrome: A Two-Year Follow-Up Case Report” mövzusunda məruzə ilə çıxış etmişdir.Təqdimatda xəstədə aparılmış müalicənin cərrahi planlaşdırılması, yuxarı və aşağı çənələrdə edilmiş ortognatik müdaxilələr, əldə edilmiş skelet və okklüzal nəticələr, eləcə də pasiyentin ikiillik klinik müşahidəsinin nəticələri təhlil edilmişdir.
Bundan əlavə, kafedranın əməkdaşları tərəfindən hazırlanmış “Orthognathic Correction of Skeletal Discrepancy in Acromegaly: Surgical and Functional Outcomes” adlı elmi iş konqres çərçivəsində poster təqdimatı formatında nümayiş etdirilmişdir.
Kafedranın elmi işlərinin EACMFS kimi beynəlxalq səviyyəli ixtisaslaşmış elmi tədbirin proqramında yer alması və müxtəlif təqdimat formatlarında nümayiş etdirilməsi kafedranın üz-çənə cərrahiyyəsi, ortognatik cərrahiyyə və multidissiplinar dentofasial müalicə istiqamətlərində apardığı elmi-klinik fəaliyyətin beynəlxalq elmi platformada təqdim olunmasına imkan yaratmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu