24-26 sentyabr 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İnkişaf Pediatriya Cəmiyyətinin (Gelişimsel Pediatri Derneği) və Ankara Universitetinin təşkilatçılığı ilə təşkil olunan Beynəlxalq iştirak ilə 3-cü Milli İnkişaf Pediatriyası Konqresi keçirildi. Konqresin aparıcı mövzusu “Xroniki xəstəliyi olan uşaqların inkişafına və inkişaf çətinliklərinə yanaşma” idi. Tədbirdə davamlı xəstəliyin yaratdığı çətinliklər ilə yanaşı, müalicə prosesindəki maneələr, tez-tez xəstəxanaya müraciətlər və hospitalizasiyalar, təhsil, oyun, həmyaşıdları ilə münasibətlər, dostluq, əyləncə, idman və digər həyati fəaliyyətlərdə iştirak imkanlarının məhdudluğu kimi bir çox problemlərlə qarşılaşan xroniki xəstəliyi olan uşaqların həyat keyfiyyətinin yaxşılaşmasına yönəldilən yerli və beynəlxalq akademik bilik və fəaliyyətlər barədə təqdimatlar yer almışdı.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova Azərbaycanda inkişaf pediatriyası sahəsində götülən işlərə dair təqdimatla çıxış etdi.
Xüsusi qeyd etrmək lazımdır ki, Azərbaycanda tədbiq edilən “Hamilələrə və 3 yaşadək uşaqlara Universal-Proqressiv Patronaj Xidmət” modeli konqresdə ən yaxşı proqram modeli kimi qiymətləndirildi.
2014-cü ildən Azərbaycan Səhiyyə Nazirliyi ilə Ankara Universiteti və İnkişaf Pediatriyası Cəmiyyəti arasında əməkdaşlıq davam edir. Həmin əməkdaşlıq çərçivəsində Ə.Əliyev adına ADHTİ-nin pediatriya, nevrologiya və neyrofiziologiya, ailə təbabəti kafedralarında ixtisasartırma kurslarında tədris proqramına uyğun “Uşaq inkişafı və erkən müdaxilə” mövzusunda dərslər aparılır. İnstitutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və nevrologiya və neyrofiziologiya kafedrasının assistenti Mehriban Məmmədova bu sahə üzrə təşkil olunan tədbirlərdə milli təlimçi qismində daim çıxış edirlər.