Virtual autopsiya ölüm səbəbini müəyyən etmək üçün ənənəvi disseksiya olmadan görüntüləmə texnologiyasından, əsasən KT və MRT müayinələrindən, istifadə edən qeyri-invaziv, məhkəmə-tibbi prosedurudur. Bu prosedur zamanı analiz üçün 3D rəqəmsal qeydlər yaradılır və bədəni dini və ya şəxsi səbəblərə görə qorumaqla sümük sınıqlarını, mərmi zərbələrini və qazları aşkar etmək olur. Alınan görüntüləri rəqəmsal formatda daimi saxlamaq və lazim gəldikdə paylaşmaq mümkündür. Artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində bu metod tətbiq edilir və yüksək nəticələr alınır.
Ölkəmizdə də bu müasir metodikanın tətəbiqinə hazırlıq işlərinin aparıldığını nəzərə alaraq Ə.Əliyev adına ADHTİ-nun patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza kafedrasında müdavimlərə məhkəmə tibbi ekspertizalar zamani müasir üsullara, o cümlədən Virtual autopsiyaya, həsr olunmuş mühazirələr oxunur, seminarlar keçirilir. Aparılan dərslər zamanı metodikanın ənənəvi autopsiya ilə müqayisəsi edilir, üstünlükləri xüsusi qeyd olunur. Mühazirələrdə olan müdavimlər mövzu ətrafındakı diskussiyalarda aktiv iştirak edirlər.