"Ana və Uşaq Sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirildi

19.09.2026

19 sentyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Xəstəxanasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət Departamenti, Mərkəzi Gömrük Xəstəxanası, Elmi, Praktik və Təlim Mərkəzi və Britaniya-Azərbaycan Həkimlər və Stomatoloqlar Assosiasiyasının təşkilatçılığı ilə "Ana və Uşaq Sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirildi. Tədbirdə Respublikanın müxtəlif tibb müəssisələrindən dəvət olunmuş mama-ginekoloqlar və radioloqlar iştirak etdi.
Tədbirdə ana və dölün sağlamlığının qorunması, prenatal diaqnostika imkanlarının genişləndirilməsi və mürəkkəb klinik halların idarə olunması, fetal tibb sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və müasir tibbi yanaşmaların tətbiqi məsələlərinin müzakirəsi aparılmışdır.
Konfransda Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Xəstəxanasının mama-ginekoloqu, t.ü.f.d. Fidan İsrafil-Bəylinin moderatorluğu ilə keçirilən master-klass və Böyük Britaniyadan Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professor Mark Kilbinin "Ultrasəs müayinəsinin nəticələrindən klinik qərar qəbuletmyə qədər: fetal tibbdə mürəkkəb hallar" mövzusunda etdiyi təqdimat iştirakçıların böyük maragına səbəb oldu.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdürü professor Leyla Rzaquliyeva “Müasir mamalıqda yeniliklər” panelinin moderator olmaqla yanaşı “Servikal patologiyanın diaqnostikası və kolposkopiyanın rolu.Müasir standartlar” mövzusunda məruzə ilə də çıxış etdi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu