ELAN! Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcəkdir

21.09.2026

Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 08.01.2027-ci il tarixində yubileyə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən Respublikanın elmi tibb müəssisələrinin əməkdaşları institutun elmi tədqiqatlar şöbəsinə müraciət edə bilərlər.
Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır. Tezislər azərbaycan, rus və ingilis dillərində 15 dekabr 2023-cü il tarixinə kimi qəbul edilir. Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
• Tezislər orijinal xarakter daşımalı və təkrar olmamalıdır
• Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 2 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir
• Tezis ardıcıl olaraq: hər biri abzasdan başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
• Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi qeyd edilməlidir
• Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır
• Tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında təqdim olunmalıdır.

Ünvan: AZ1012, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 35. ADHTİ.
Tezislər üçün: Elmi tədqiqatlar şöbəsinin müdiri dosent, t.e.d. Nailə Rəhimova.
Telefon: +994 50 335 29 90
Çıxışlar üçün: İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri, dosent Akif Əfəndiyev.
Telefon: +994 50 350 83 84




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu