Əməkdaşlarımız XXIII Dünya Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Konqresində (İFOS 2026) ölkəmizi uğurla təmsil etdilər

16.09.2026

9–13 sentyabr 2026-cı il tarixlərində İstanbul şəhərində XXIII Dünya Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi Konqresi (İFOS 2026) keçirilib.
Dünyanın 112 ölkəsindən 7400-ə yaxın mütəxəssis və tanınmış elm xadimini bir araya gətirən mötəbər beynəlxalq tədbirdə eyni zamanda 52 auditoriyada 2000-dən çox məruzəçinin qatıldığı qulaq-burun-boğaz, baş və boyun cərrahiyyəsi, nevrologiya, neyrootologiya sahələrini əhatə edən panellər və simpoziumlar baş tutdu.
Beynəlxalq Otorinolarinqologiya Cəmiyyətləri Federasiyasının təşkil etdiyi IFOS Ümumdünya Konqresi otorinolarinqologiya və baş-boyun cərrahiyyəsi sahəsində dünyanın nüfuzlu beynəlxalq elmi tədbirlərindən biridir. Konqresin elmi proqramında otorinolarinqologiyanın əsas istiqamətləri, o cümlədən rinologiya, rinoplastika, pediatrik otorinolarinqologiya, üz-plastik və rekonstruktiv cərrahiyyə, otologiya, audiologiya, baş-boyun onkologiyası, yuxu təbabəti, allergologiya, süni intellekt və müasir tibbi texnologiyalar üzrə aktual məsələlər müzakirə edilmişdir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının əməkdaşları dosent Akif Əfəndiyev və dosent Məzahir Quliyev Konqresin işində iştirak etmişlər.
Konqresdə Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) sədr müavini kimi iştirak edən dosent Akif Əfəndiyev Baş Assambleyada 112 milli otorinolarinqologiya cəmiyyətinin nümayəndələri ilə birlikdə səsvermələrdə iştirak etmişdir. Onun konqres çərçivəsində təqdim etdiyi “The level of damage to the laryngeal muscles in patients with myasthenia gravis” mövzusunda poster təqdimatı zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmış və elmi fikir mübadiləsi aparılmışdır.
Konqresin elmi proqramı çərçivəsində dosent Məzahir Quliyev isə iki mövzuda məruzəçi, iki beynəlxalq elmi sessiyada sədr, həmçinin bir sessiyada moderator qismində iştirak edibdir.Onun Konqresdə təqdim etdiyi “Preservation Extracorporeal Aesthetic Septoplasty in Pediatric Patients” məruzəsində uşaqlarda ağır septal deviasiyalar, uğursuz septoplastika əməliyyatlardan sonra yarana bilən fəsadlar və onların aradan qaldırılmasına yönəlmiş müasir cərrahi yanaşmalar nümayiş etdirildi. Məruzəçi tərəfindən təklif edilən qoruyucu ekstrakorporeal estetik septoplastika metodikası burun tənəffüsünün bərpası ilə yanaşı, inkişaf etməkdə olan burunun dayaq strukturlarının və böyümə zonalarının qorunmasını nəzərdə tutur. Metodun əsas məqsədi septal deformasiyanı tam şəkildə korreksiya etməklə bərabər, uşağın gələcək nazal inkişafına mümkün təsirləri minimuma endirmək və ikincili estetik deformasiyaların yaranmasının qarşısını almaqdır. Dosent Məzahir Quliyevin ikinci “Rhino-Graft Technique for Revision Rhinoplasty” adlı məruzəsi isə revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında tətbiq edilən innovativ yanaşmalara həsr olunub. Əməkdaşımızın müəllifi olduğu Rhino-Graft metodikasının əsas məqsədi burun arakəsməsinin kaudal hissəsinin möhkəm və uzunmüddətli stabilizasiyasını təmin etmək, burun skeletinin dayaq mexanizmlərini bərpa etmək və revizion əməliyyatlardan sonra deformasiyanın təkrar yaranma riskini azaltmaqdır. Bununla yanaşı, təqdimatda əyri və assimetrik burunların korreksiyası zamanı tətbiq edilən Precision Piezo-Osteotomy - dəqiq piezo-osteotomiya metodikası haqqında da məlumat verilib. Dosent Məzahir Quliyev tərəfindən hazırlanmış və patentləşdirilmiş xüsusi cərrahi alət və istiqamətləndirici sistem osteotomiya xəttinin daha dəqiq planlaşdırılmasına, sümük kəsiklərinin nəzarətli şəkildə aparılmasına və ətraf yumşaq toxumaların mümkün qədər qorunmasına imkan verir. Onun hər iki elmi işinin nəticələri plastik və estetik cərrahiyyə sahəsində nüfuzlu beynəlxalq nəşrlərdən biri olan “Aesthetic Plastic Surgery” jurnalında dərc edilib.Dosent doktor Məzahir Quliyev, eyni zamanda, konqresin iki beynəlxalq elmi sessiyasına sədrlik edib və bir sessiyada moderator kimi fəaliyyət göstərib.
İFOS 2026 Konqresində Azərbaycandan olan iştirakçıların uğurunu xüsusi qeyd etmək lazımdır. Həm ölkə daxilindən, həm ölkə xaricindən Azərbaycanlı kimliyi ilə qatılmış 50 otorinolarinqoloq tədbirdə 47 məruzə, 1 startapp təqdimatı və 5 poster təqdimatı ilə çıxış etmişlər.
Ə.Əliyev adına ADHTİ-nin əməkdaşlarının da dünyanın ən böyük otorinolarinqoloji elmi platformalarından biri olan IFOS Ümumdünya Konqresində uğurla iştirakı Azərbaycan otorinolarinqologiyasının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu