10-12 sentyabr 2026-ci il tarixlərində XXXIX Workshop of the European Helicobacter & Mikrobiota Study Groupun növbəti tədbiri Belgrad şəhərində (Serbiya) kecirilmişdir. Hər ilin sentyabr ayında baş tutan tədbirdə bütün qitələrin Helicobacter Pylori və insan mikrobiomu üzrə aparılmış tədqiqat işlərinin yekun təqdimatı keçirilir. Tədbirdə 2025-ci ildə nəşr edilmiş və H.pylori və mədə xərcəngi və xərcəngönü vəziyyətlərinə həsr edilmiş Taipey - II sazişi və MAPS-III protokolu ilə yanaşı, autoimmun qastritlərin yeni təsnifat grupları və 2026-2027-ci illər üçün hazırlanan yenilənmiş Maastrich -VII konsensusu ilə yanaşı, mədə və bağırsaq mikrobiomunun modulasiyası və diaqnostik imkanları, dünya üzrə H.Pylorinin aşkarlanması və yeni terapevtik imkanları mövzularında maraqlı təqdimatlar və diskussiyalar aparılmışdır.
Bu ilki tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti, European Helicobacter &Mikrobiota Study Groupun Azərbaycan üzrə Milli koordinatoru Gülüstan Babayevanın rəhbərlik etdiyi işçi qrup iştirak etmişdir. Onların təqdim etdikləri 6 poster iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Təqdim edilən 6 milli tədqiqat nəticələri əsas 3 istiqamət üzrə olmuşdur:
- Mədə xərcəngi və xərcəngönü vəziyyətlərin erkən diaqnostik imkanları (p53 mədə metaplaziyalarında rolu- 1 poster) - təqdimatcı terapiya kafedrasının doktorantı Emin Məmmədov;
- SİBO-nun (izafi bakterial artım sindromunun) qaraciyərın xroniki xəstəliklərinin qedişatında rolu - 4 poster) təqdimatcı terapiya kafedrasının doktorantı Rəşad Həsənov;
- Revmatoloji xəstələrdə Helicobacter Pylori və ona bağlı həzm sistemində yaranan dəyişikliklər - 1 poster, təqdimatcı dosent Gülüstan Babayeva.