Ə.Əliyev adına ADHTİ-də “Rəqəmsal iş axınının stomatologiyaya inteqrasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

14.09.2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Dentsply Sirona və Sietek şirkətlərinin birgə təşkilatçılığı ilə “Rəqəmsal iş axınının stomatologiyaya inteqrasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin əsas məqsədi stomatologiyada müasir rəqəmsal texnologiyaların tətbiqi, yeni iş axınlarının təqdim edilməsi və beynəlxalq təcrübənin yerli mütəxəssislərlə bölüşülməsi olub.
Konfransda Dentsply Sirona-nın beynəlxalq rəy lideri, PEERS platformasının idarə heyətinin üzvü, İtaliyanın Mantua şəhərindən olan Dr. Roberto Molinari, eləcə də Lovely Dent klinikalar şəbəkəsinin direktoru, Dentsply Sirona-nın Azərbaycan üzrə brend nümayəndəsi Dr. Xəyal Səmədov çıxış ediblər.
Çıxışlar zamanı rəqəmsal skan, müalicənin rəqəmsal planlaşdırılması, klinik iş axınının optimallaşdırılması və Dentsply Sirona-nın müasir rəqəmsal həllərinin stomatoloji praktikada tətbiqi ilə bağlı məlumatlar təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycan stomatoloqlarının beynəlxalq təcrübədən faydalanması və rəqəmsal stomatologiyanın ölkəmizdə daha geniş tətbiqinin təşviq edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Təşkilatçılar tədbirin keçirilməsində göstərdikləri əməkdaşlığa görə rektor, professor Nazim Pənahovun rəhbərlik etdiyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun peşəkar kollektivinə təşəkkürlərini bildiriblər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu