Ə.Əliyev adına ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasında yeni innovativ metodlar tətbiq edilir

12.02.2026

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasında tədris prosesində müasir və innovativ yanaşmalar tətbiq olunur. Kafedrada həkim-müdavimlər, rezidentlər və peşə təlimi alan nevroloqlar üçün təcrübə dərsləri çərçivəsində xüsusi təlim-treninglər keçirilir. Bu dərslərdə müxtəlif nevroloji xəstəliklər zamanı müşahidə olunan nevroloji əlamət və sindromlar videogörüntülər əsasında təhlil edilir.
Bununla yanaşı, kafedra daxilində funksional diaqnostikanın əsasları, o cümlədən EEQ və EMQ müayinələrinin növləri, aparılma prinsipləri və klinik interpretasiyası üzrə baza tədrisi aparılır.
Rezidentlər üçün ayrıca olaraq MRT görüntülərinin təhlili üzrə praktiki məşğələlər, o cümlədən klinik praktikada istifadə olunan və qeyri-rəsmi olaraq “Kəllənin işində zoopark” adlandırılan tipik MRT vizual nümunələrinin tanınması və interpretasiyası həyata keçirilir. Eyni zamanda, kafedra əməkdaşları tərəfindən İDİR (İntensiv Davamlı İnkişaf və Resertifikasiya) çərçivəsində uşaq nevroloqları üçün təlimlər təşkil olunaraq erkən diaqnostika və funksional qiymətləndirmə bacarıqlarının artırılması məqsəd qoyulur. Eləcə də “Digital health və pasiyentlərin self-management modeli” kontekstində WHOOP və Oura kimi geyilə bilən texnologiyaların nevroloji praktikada tətbiq imkanları barədə məlumatlar təqdim edilir.
Bu təlimlərin inteqrasiyası uşaq və böyük həkim-nevroloqların klinik düşüncə və diaqnostik bacarıqlarının inkişafına, nəzəri biliklərin praktik tətbiqinə və müasir nevroloji yanaşmaların mənimsənilməsinə imkan yaradır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX