2024-cü ildən Azərbaycanda hamilə qadınlar və 3 yaşa qədər uşaqlara Universal-Proqressiv Patronaj Xidməti Modeli tətbiq olunur. Həmin xidmət çərçivəsində erkən yaş dövrünün inkişafına dəstək yönümlü tədbirlərin həyata keçirilməsinə xüsusi yer ayrılır. Həmin qəbildən olan növbəti tədbir Qazax şəhərində seminar formasında baş tutmuşdur. Tədbirdə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən pediatrlar, ailə həkimləri, ginekoloqlar və neonatoloqlar iştirak etmişlər. Seminarda uşaqlara xidmət göstərən tibb işçilərinin patronaj xidməti sahəsində fəaliyyətlərinin qiymətləndirilməsi meyarları və onların həyata keçirilməsinin təşkil olunması yollarına aid tövsiyyələr iştirakçıların nəzərinə çatdırılmışdır. Bununla yanaşı, ölkəmizdə də 1-7 Avqust Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsinin keçirildiyini nəzərə alaraq, tədbirdə ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığı üçün faydaları haqqında da məlumatlar verilmişdir.
Seminarda Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova da iştirak etmişdir. O, Universal-Proqressiv Patronaj Xidmət Modelinin komponenti olan Uşaq inkişafının dəstəklənməsi və izlənməsinə dair Beynəlxalq Proqramın ölkəmizdə tətbiqi barədə məlumatları iştirakçıların nəzərinə çatdırmışdır.
Qeyd etmək lazımdır ki, Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında keçirilən ixtisasartırma kurslarında tədris proqramı çərçivəsində müdavimlərə həmin Beynəlxalq Proqram haqqında geniş məlumatlar verilir.