Əməkdaşımız Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyətinin 42-ci illik konfransında poster təqdimatı etdi

10.07.2026

05-08 iyul 2026-cı il tarixlərində London şəhərində Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyətinin (ESHRE) 42-ci illik konfransı keçirildi. ESHRE-nin illik konfransı reproduktiv tibb, sonsuzluğun müalicəsi, köməkçi reproduktiv texnologiyalar və embriologiya sahəsində dünyanın ən nüfuzlu elmi tədbirlərindən biridir.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının əməkdaşı, t.ü.f.d. Rəxşəndə Aslanova da iştirak edib və “Preliminary Embryological and Implantation Outcomes of Progesterone versus GnRH Antagonist for LH Suppression in IVF Cycles” adlı elmi-tədqiqat işin nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim edib. Həmin təqdimatda ekstrakorporal mayalanma proqramlarında istifadə edilən iki fərqli yumurtalıqların stimulyasiya protokolunun reproduktiv və perinatal nəticələri müqayisəli şəkildə təhlil olunub.
Konfransda, həmçinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının əməkdaşları professor Mehman Həmzəyev,assistent t.ü.f.d. Samirə Əkbərbəyova və assistent t.ü.f.d. Nigar Məlikqasımova da iştirak edib.
Təqdimat Ə.Əliyev adına ADHTİ-də aparılan elmi-tədqiqat fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin reproduktiv tibb sahəsində elmi potensialın nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu