Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aparılan elmi-tədqiqat işlərinin, müdafiəyə təqdim olunacaq dissertasiyaların düzgün planlaşdırılması, onların Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun tərtıb edilməsi, klinik araşdırmaların peşəkar standartlara uyğunluğunun yoxlanılması məqsədilə yaradılmış Problem Komissiyası yeni tərkibdə fəaliyyət göstərir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Problem Komissiyasının tərkibi:
Sədr: Tofiq Şahmur oğlu Cahangirov - t.e.d., professor, kardiologiya kafedrasının müdiri
Sədr müavini: Samir Mirməmməd oğlu Cavadzadə - t.e.d., professor, urologiya kafedrasının müdiri
Katib: Natəvan Ramiz qızı İsmayılova - t.ü.f.d., terapiya kafedrasının dosenti
Komissiyanın üzvləri:
1. Natəvan Alış qızı Fərəcova - t.e.d., terapiya kafedrasının professoru
2. Leyla Musa qızı Rzaquliyeva- t.e.d., professor, mamalıq və ginekologiya kafedrasınln müdiri
3. Faiq Əlimuxtar oğlu Quliyev, - t.e.d., kardiologiya kafedrasının professoru
4. Ziba Vaqif qızı Qasımova - t.e.d, ortodontiya kafedrasının müdiri
5. Nigar Fazil qızı Qurbanova - t.e.d., oftalmologiya kafedrasının professoru
6. Zemfira Mehdi qızı Quliyeva - t.e.d., pediatriya kafedrasının professoru
7. Nazim Məmməd oğlu Hüseynov - t.e.d., professor, otorinolarinqologiya kafedrasının müdiri
8. Reyhan Kamal qızı Tağızadə - b.e.d, kliniki laborator təbabəti kafedrasının müdiri
9. Rimma İlyas qızı Nəsirova,- t.e.d., anesteziologiya və reanimatologiya kafedrasının dosenti
10. Nigar Faiq qızı Mütəlibova - t.ü.f.d., mikrobiologiya və epidemiologiya kafedrasının müdiri
Problem Komissiyanın keçirdiyi ilk 2 içlasına təqdim olunmuş 4 elmi-tədqiqat işi təhlil və müzakirə edilib, təqdim olunan dissertasiya işlərinin aktuallığı, elmi yeniliyinin tələblərə uyğunluqları nəzərə alınaraq yerinə yetirilmələri tövsiyə edilmişdir.