Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahovun institutda təhsil alan I və II kurs rezidentlərilə növbəti görüşü keçirildi
11.02.2026
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahovun institutda təhsil alan I və II kurs rezidentlərilə görüşü keçirildi. Professor N.A.Pənahov rezidentlərə müraciətində qeyd etdi ki, onlarin yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həcmdə fəaliyyətlərini davam etdirirlər.
Sonra professor Nazim Pənahov qeyd etdi ki, əldə olunmuş nailiyyətlərə baxmayaraq rezidentura təhsilində də bir sıra çatmamazlıqlar var və onların aradan götürülməsi üzərində daimi iş aparılır. O, həmin çatmamazlıqları analiz edərək onların həllində rezidentləri də aktiv olmağa çağırdı. Rezidentlər tərəfindən olan istənilən təkliflərə həm rezidentura şöbəsinin, həm də rektorluğun həmişə açıq olduğu qeyd olundu.
Çıxışının sonunda rektor rezidentlərin vəzifə və öhdəliklərini xatırladaraq onların öz üzərlərində daim çalışmalı olduqlarını söylədi.
Rektor professor Nazim Pənahov çıxışının ardınca rezidentlərin çoxsaylı suallarını cavablandırdı və bəhs edilən problemlərin həlli yollarını göstərdi.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.