Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi.
İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris işləri üzrə prorektoru dosent Təyyar Eyvazovun hesabatı.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına dosent elmi adın verilməsi haqqında vəsatətin qaldırılması barədə.
3. Müxtəlif məsələlər:
3.1. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təsis etdiyi "Tibb və Elm" Ə.Əliyev adına elmi-praktiki jurnalının rebrendinqi barədə.
3.2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının 2-ci növbə dərs yükünə görə hesablanmış əmək haqqları barədə.
3.3. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Qonaq Professor (Visiting Professor), Fəxri Professor (Honorary Professor) və Qonaq Məruzəçi (Visiting Speaker) statusunun təsis edilməsi və fəaliyyətinin təşkili haqqında əsasnamənin qəbulu barədə.
3.4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının Azərbaycandan kənarda keçirilən və ixtisasları ilə əlaqəli olan konfrans, toplantı və digər tədbirlərdə iştirakı zamanı əmək haqqlarının saxlanılması barədə.
3.5. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedralarda kurator vəzifəsini icra edən əməkdaşlara aylıq mükafatın verilməsi barədə.
3.6. Azərbaycan Respublikası Səhiyyə Naziriliyi tərəfindən göndərilən ali tibb təhsilinin rezidentura səviyyəsinin bir sıra təhsil proqramları barədə.
3.7. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bəzi əməkdaşlarının təltif olunması barədə.
4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu barədə videoçarxın təqdimatı.
I məsələ üzrə prorektor dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, hesabat dövründə tədris prosesinin təşkili, onun müasir pedaqoji tələblərə uyğunlaşdırılması, innovativ metodların tədrisə inteqrasiyası sahələrində mühüm nəticələr əldə olunub. O, tədis üzrə aparılan struktur yenilənmələri haqqında məlumat verib, institutda müxtəlif tibb ixtisasları üzrə tədrisin təşkili barəsində danışdı. Dosent Təyyar Eyvazov komplektləşdirmə və müdavim göstəriciləri haqqında məlumat verərək bildirdi ki, cari tədris ilində 44 ixtisas üzrə keçirilmiş 797 kursda 15536 müdavim təhsil almışdır ki, bu da qarşıya qoyulmuş planın (10377 müdavim) 149,7% yerinə yetirilməsi deməkdir. Bunlardan əlavə peşə hazırlığı kurslarında və tibb elmlərinin tədrisi (ToT) kurslarında 413 həkim-dinləyici də təhsil almışdır. Sonra prorektor təhsil haqqı və ödənişə nəzarət,təlim zamanı tətbiq edilən testlər və müdavimlərin testləşməsinin nəticələri, sənədləşmə işləri və tədrisə nəzarət, kafedralarda pedaqoji yükün yerinə yetirilməsi haqqında Elmi Şura iştirakçılarına ətraflı məlumat verdi. Bidirildi ki, institutda tədris 27-si dövlət, 30-u özəl olmaqla 57 klinik bazada aparılır. Bu bazaların hamısı müasir tibbi avadanlıqları ilə təchiz olunmuş qabaqcıl tibb müəssisələridir. Xüsusi qeyd olundu ki, cari tədris ilində instititda 1 Dövlət proqramı, 1 Milli Fəaliyyət Planı, 4 Səhiyyə Nazirliyinin Tədbirlər Planlarına daxil olan vəzifələr üzrə işlər plana uyğun yerinə yetirilmişdir. Sonda prorektor dosent Təyyar Eyvazov 2026/27 tədris ili üçün planlaşdırılmış təqvim planı haqqında Elmi Şuraya məlumat verdi.
İnstitutun rektoru professor Nazim Pənahov çıxış edib bildirdi ki, əldə olunan göstəricilər institut əməkdaşlarının gərgin əməyinin nəticəsidir. Ancaq bunlarla kifayətlənmək olmaz, qarşıda duran vəzifələri yerinə yetirmək və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həcmdə fəaliyyətimizi davam etdirməliyik.
II məsələ üzrə institutun oftalmologiya kafedrasının dosenti t.e.d. Yazgül Cahangir qızı Abdıyevaya dosent elmi adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına vəsatətin qaldırılması barədə müzakirə aparıldıqdan sonra müsbət qərar qəbul edildi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təsis etdiyi "Tibb və Elm" Ə.Əliyev adına elmi-praktiki jurnalının rebrendinqi barədə rektor professor Nazim Pənahov çıxış edib bildirdi ki, jurnalın mövcud formatı beynəlxalq elmi nəşr standartlarına və DOAJ, Scopus, Web of Science kimi indeksləmə platformalarının tələblərinə tam uygun olmadıgından, onun struktur va idarəetmə baxımından yenilənməsi zərurəti yaranmısdır. Bu baxımdan institutumuzun elmi nəşri olan "Tibb və Elm" Ə.Əliyev adına elmi-praktiki jurnalının müasir elmi-praktik nəşr tələblərinə uygunlaşdırılması məqsədilə rebrendinqi təklif olunur.
Müzakirədən sonra "Tibb və Elm" Ə.Əliyev adına elmi-praktiki jurnalının adının "Azerbaijan Journal of Medical Sciences" named by A.Aliyev olaraq dəyişdirilməsi, jurnalın nəşr dilinin yalnız ingilis dili kimi müəyyən edilməsi, illik 4 dəfə nəşr dövriliyinin saxlanılması, redaksiya strukturunun yenilənməsi va jurnalın Open Journal Systems platformasına keçidinin təmin olunması haqqında müsbət qərar qəbul edildi.
Elmi şuranın gündəliyinin digər məsələləri üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edildi.
Sonda institutun rektoru professor Nazim Pənahov davamlı tibbi təhsilin inkisafina verdiyi töhfələrə, uzunmüddətli və səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına va nümunəvi əməyinə görə institutun bir sıra əməkdaşlarına Ə.Əliyev adına ADHTİ-nin Fəxri Fərmanını təqdim etdi.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu barədə hazırlanmış videoçarxın təqdimatından sonra Elmi Şura öz işini başa çatdırdı.