Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aparılan elmi-tədqiqat və klinik araşdırmaların peşəkar standartlara, mənəvi prinsiplərə və etik normalara riayət olunmasını izləmək məqsədilə yaradılmış Etik Komitə yeni tərkibdə öz işinə başladı.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
Etik Komitəsinin tərkibi
Komitənin sədri: Davudov Məhəmməd Mirabdulla oğlu - t.e.d., dosent, rezidentura üzrə prorektor
Komitə sədrinin müavini: İsmayilov İlqar Abid oğlu - ümümi və plastik cərrahiyyə kafedrasının assitenti
Katib: Mütəlibova Nigar Faiq qızı - t.ü.f.d., mikrobiologiya və epidemiologiya kafedrasının müdiri
Komitənin üzvləri:
1. Cavadzadə Samir Mirməmməd oğlu - t.e.d. professor, urologiya kafedrasının müdiri
2. Hətəmzadə Eldar Mürsəl oğlu - t.e.d., dosent, ailə təbabəti kafedrasının müdiri
3. Mirzoyev Ülvi Əhəd oğlu - t.ü.f.d., kardiologiya kafedrasının assistenti
4. Məmmədova Mərziyyə Yusif qızı - nevrologiya və klinik neyrofiziologiyan kafedrasının assistenti
5. Məhərrəmov Natiq Seyfəl oğlu - t.ü.f.d., mamalıq və ginekologiya kafedrasının assistenti
6. Babayeva Gülüstan Həmid qızı - t.ü.f.d., terapiya kafedrasının dosenti
7. Marinçenko Yelena Viktorovna - ə.ü.f.d., əczaçılıq kafedrasının baş müəllimi
8. Hüseynova Arzu Ramiz qızı - yoluxucu xəstəliklər kafedrasının assistenti
9. İsgəndərli Orxan Vuqar oğlu - psixiatr, EGE hospital
10. Heydərov Paşa Heydər oğlu – hüquqşünas
Etik Komitənin iyun ayında keçirilmiş ilk 2 içlasında təqdim olunmuş 10 elmi-tədqiqat işi təhlil və müzakirə edilib, onların milli qanunvericiliyin tələblərinə, beynəlxalq etik prinsiplərə və bioetika normalarına uyğunluğu qiymətləndirilibdir. Həmin işlərin hamısına etik kod verilibdir.