“Xəzər Görüşləri 6” beynəlxalq elmi-praktiki konqresi başa çatdı

29.06.2026

27–28 iyun 2026-ci il tarixlərində Bakıda Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə “Xəzər Görüşləri 6” beynəlxalq elmi-praktiki konqresi keçirildi. Konqres Türk Qastroenteroloji Dərnəyi, Türk Gastrointestinal Endoskopiya Dərnəyi və Türk Qaraciyər Araşdırmaları Dərnəyi ilə birlikdə gerçəkləşdi. Tədbirin əsas məqsədi qastroenterologiya sahəsində ən son elmi nailiyyətlərin Azərbaycan tibb ictimaiyyətinə çatdırılması, yerli mütəxəssislərin beynəlxalq təcrübəyə çıxış imkanlarının genişləndirilməsi və bu sahədə peşəkar əməkdaşlığın daha da möhkəmləndirilməsi olub. Təqdirəlayiq haldır ki, hər il ABŞ-da keçirilən ən nüfuzlu qastroenteroloji tədbirlərdən biri olan DDW (Digestive Disease Week) konfransından dərhal sonra, orada təqdim olunan ən mühüm mövzuların Bakı platformasında müzakirəsinə şərait yaradılmışdır. Bu isə həm elmi baxımdan çeviklik, həm də yerli mütəxəssislərimizin qlobal təcrübəyə daha sürətli inteqrasiyası baxımından müstəsna əhəmiyyət kəsb edir.
Kongresin sədri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosent Gülüstan Babayeva olub. Müasir qastroenterologiya və invaziv endoskopiya sahəsində elmi yeniliklərin, qabaqcıl klinik təcrübələrin və innovativ müalicə metodlarının müzakirəsinə həsr olunan konqres dünyanın 9 müxtəlif ölkəsindən gəlmiş tanınmış alim və mütəxəssisləri bir araya gətirdi. Tədbirdə Latviya Səhiyyə Naziri Hossam Abu Meri, professor Fateh Aslan, professor Marcis Leya, professor K.Takoiri, professor Dmitriy Bordin və başqalarının çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
İki gün davam edən kongresin elmi proqramının zənginliyi, aktual mövzuların secimi, klinik hadisə təqdimatları, mövzuları təqdim edənlərin tanınmış alimlər olması iştirakçılar tərəfindən xüsusi olaraq qeyd edildi.
“Xəzər Görüşləri 6” bir daha sübut etdi ki, Azərbaycan regionda elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm mərkəzə çevrilməkdədir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu