Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu aşağıda qeyd olunan ixtisaslar üzrə 2026-2027 tədris ili üçün rezidentura səviyyəsinə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün qəbul elan edir.
|
Sıra №-si
|
İxtisasların şifri
|
İxtisasların adı
|
Təhsil müddəti
|
|
1.
|
7100002
|
Ailə təbabəti
|
2
|
|
2.
|
7100003
|
Anesteziologiya-reanimatologiya
|
3
|
|
3.
|
7100005
|
Daxili xəstəliklər
|
4
|
|
4.
|
7100010
|
Kardiologiya
|
4
|
|
5.
|
7100011
|
Mamalıq-ginekologiya
|
5
|
|
6.
|
7100016
|
Oftalmologiya
|
3
|
|
7.
|
7100021
|
Ortopediya və travmatologiya
|
5
|
|
8.
|
7100022
|
Otorinolarinqologiya
|
4
|
|
9.
|
7100024
|
Pediatriya
|
4
|
|
10.
|
7100028
|
Radiologiya
|
4
|
|
11.
|
7100038
|
Urologiya
|
5
|
|
12.
|
7100044
|
Yoluxucu xəstəliklər və klinik mikrobiologiya
|
4
|
Müraciət etmək üçün təlimat:
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər
www.portal.edu.az vasitəsi ilə müvafiq ixtisaslar üzrə 15.08.2026-cı il tarixinədək müraciət edə bilərlər.
Tələb olunan sənədlər!
• Ali tibb təhsili haqqında diplomun əsli
• Xarici ölkə universitetlərinin məzunu olduğu halda ali tibb təhsili haqqında diplomun tanınması (nostrifikasiyası) və tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə
• Ümumvətəndaş pasportunun əsli
• Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin əsli (olduğu halda)
• Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilir)
• Sağlamlıq haqqında arayış (Hepatit B, Hepatit C, QİÇS, Sifilis)