Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat həyata keçirildi

18.06.2026

Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat həyata keçirilib. Belə ki, klinikanın baş həkimi Dilqəm Məmmədovun rəhbərliyi və bilavasitə iştirakı ilə tibbitibbi komanda tərəfindən həyata keçirilən üz iflici əməliyyatı uğurlu nəticə ilə yekunlaşıb. 6 saatdan çox davam edən əməliyyat gedişində yüksək texnologiyalı super mikrocərrahiyyə metodu ilə sinir köçürülməsi və əzələ transferi yerinə yetirilib ki, bu da uzun müddət üz iflicindən əziyyət çəkən xəstənin sağalması ilə nəticələnib. Xəstəlik səbəbindən mimiki hərəkətlətini tamamilə itirən, həm visual, həm də funksional discomfort yaşayan xəstədə üz nahiyyəsi əzələlərinin funksiyasının tam bərpa olunması onun cəmiyyətdə tam fəaliiyətini mümkün edib. 3 etapda gerçəkləşən uğurlu əməliyyat ölkəmizdə səhiyyə sisteminin inkişafının göstəricisidir. Belə ağır və mürəkkəb rekonstruktiv cərrahi əməliyyatların dövlət müəssisəsi səviyyəsində həyata keçirilməsi səhiyyəmizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Artıq belə əməliyyatları keçirtmək üçün xaricə üz tutan vətəndaşlarımız həmin yardımı ölkəmizdə də ala bilirlər.
Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına ADHTİ-nin nəzdində yeni yaradılmış Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının fəaliyyətində bu kimi ağır rekonstuktiv əməliyyatları sərbəst icra etmək üçün müasir standartlara üyğun hər cür şərait var. Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatların həyata keçirilməsi mümkündür.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu