Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekologiya kafedrasında süni intellekt texnologiyaları tətbiq edilir

09.02.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi-tədqiqat fəaliyyətinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, innovativ texnologiyaların tibbi praktikaya inteqrasiyası və sübuta əsaslanan yanaşmaların tətbiqi prioritet istiqamətlərdən biridir. Bu çərçivədə mamalıq və ginekologiya kafedrasında reproduktiv tibbdə süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir.
İnstitutda aparılan elmi araşdırma çərçivəsində ekstrakorporal mayalanma (EKM) proqramlarının nəticələrinin proqnozlaşdırılması məqsədilə süni intellektə əsaslanan müasir model hazırlanmışdır. Hazırlanmış bu model klinik, laborator və embrioloji göstəricilərin kompleks analizi əsasında prenatal nəticələrin proqnozlaşdırılmasına imkan verir.

Süni intellekt texnologiyalarının tətbiqi aşağıdakı imkanları təmin edir:

• EKM proqramlarında hamiləliyin baş vermə ehtimalının əvvəlcədən proqnozlaşdırılması;
• Pasiyentə məxsus fərdi risk və üstünlüklərin obyektiv qiymətləndirilməsi;
• Sonsuzluqdan əziyyət çəkən pasiyentlər üçün fərdiləşdirilmiş müalicə strategiyasının formalaşdırılması;
• Klinik qərarların elmi əsaslarla dəstəklənməsi;
• Müalicə effektivliyinin və ümumi reproduktiv nəticələrin yaxşılaşdırılması.

Hazırlanmış süni intellekt modeli müxtəlif stimulyasiya protokolları, hormonal göstəricilər, embrion keyfiyyəti və pasiyentin fərdi xüsusiyyətlərini nəzərə alaraq nəticələrin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır. Bu yanaşma EKM sahəsində standart yanaşmadan fərdi pasiyentyönümlü tibbi qərarlara keçidi təmin edir.
Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekologiya kafedrasında aparılan bu elmi tədqiqat reproduktiv tibbin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, həm praktiki həkimlər, həm də rezident və müdavimlər üçün müasir, analitik və elmi əsaslı tədris mühiti formalaşdırır. Aparılan araşdırma süni intellektin klinik praktikada tətbiqinin sonsuzluğun müalicəsində nəticələrin optimallaşdırılması baxımından mühüm perspektivlər açdığını göstərir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX