Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Astana Tibb Universiteti arasında Memorandum imzalandı

18.06.2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Qazaxıstan Səhiyyə Nazirliyi Astana Tibb Universiteti arasında “Elm və səhiyyə sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalandı. Memoranduma əsasən tərəflər kurslar, konfranslar, seminarlar və ya mühazirələr kimi birgə akademik və elmi fəaliyyətlərin təşkili, fundamental elmi tədqiqatların hər iki müəssisənin tədqiqatçı-alimlərinin iştirakı ilə aparılması, elmi materialların və nəşrlərin mübadiləsi, beynəlxalq və milli tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsində qarşılıqlı fəaliyyət, doktorantura təhsili və rezident hazırlığı proqramlarında əməkdaşlıq, elmi və pedaqoji kadrların birgə hazırlığı, eləcə də həkimlərin diplomdan sonrakı təhsilinin müasir formalarının tətbiqi və həyata keçirilməsində birgə fəaliyyət aparacaqlar.
Bundan əlavə tərəflər bu Memorandum və onun əsasında imzalanacaq Akademik Əməkdaşlıq Sazişi çərçivəsində həyata keçirilən konkret fəaliyyət üzrə əməkdaşlıq şərtləri haqqında da razılığa gəldilər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu