Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günün qeyd olunması səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə, müasir dövrün tələblərinə uyğun olaraq, səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, beynəlxalq standartlar əsasında səhiyyənin rəqəmsallaşdırılması və uğurlu menecment sisteminin istifadəsi sahəsində bir çox uğurlu işlər icra olunur.
Ə.Əliyev adına ADHTİ-nin kollektivi də ölkə səhiyyəsində gedən uğurlu dəyişikliklərdə fəal iştirak edir, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının icrasında, vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. COVID-19 pandemiyası dövründə və II Qarabağ Vətən müharibəsi zamanı da əməkdaşlarımız öz vəzifə borclarını yerinə yetirərək mübarizənin ön cərgəsində oldular, əhali və qəhrəman əsgərlərimizin sağlamlığının qorunmasına öz töhfələrini verdilər. Bu gün əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla və layiqincə yerinə yetirəcəyik.
Peşə bayramı münasibətilə institutun bütün əməkdaşlarını təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Pənahov