13 iyun 2026-cı il tarixində Bakıda "Dermatomiozit: klinik əlamətlərdən multidissiplinar idarəyə" adlı elmi-praktik simpozium keçirildi. Simpozium çərçivəsində revmatologiya, radiologiya, tibbi onkologiya, hematologiya və dermatologiya sahələrini təmsil edən aparıcı mütəxəssislər dermatomiozitin erkən diaqnostikası, klinik xüsusiyyətləri, yanaşı patologiyaların qiymətləndirilməsi, instrumental müayinə üsullarının rolu və müasir multidissiplinar idarəetmə prinsipləri ilə bağlı aktual mövzular ətrafında geniş müzakirələr apardılar. Təqdim olunan məruzələr və fikir mübadiləsi xəstələrin daha effektiv idarə olunması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıdı.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları dermatovenerologiya kafedrasının müdiri, t.e.d. Sənan Kərimov sədr və terapiya kafedrasının assistenti, t.ü.f.d. Fidan Qasımova panelin moderatoru qismində iştirak etdilər.
Simpozium dermatomiozit kimi mürəkkəb və çoxşaxəli xəstəliklərin idarə olunmasında multidissiplinar yanaşmanın əhəmiyyətini bir daha vurğuladı, müasir elmi biliklərin və klinik təcrübənin paylaşılması üçün səmərəli platforma rolunu oynadı.