“Tibb elmlərinin tədrisi” adlı növbəti kurs başa çatdı

16.06.2026

Tibb təhsili müəssisələrində tədris proqramları ilə yanaşı həm də tədrisçilərin sistemli şəkildə, müasir yanaşmalara uyğun şəkildə hazırlanmasına xüsusi fikir verilir. Ona görə də tibbi tədris sistemində fəaliyyət göstərən müəllim heyətinin bilik və bacarıqlarının beynəlxalq stsndartlara uyğun təkmilləşdirilməsi daimi həyata keçirilməlidir. Bu kimi ixtisasartırma kursları olkəmizdə Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Tibb tədrisçilərinin inkişafı proqramı” çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2024-cü ildən mütəmadi olaraq təşkil edilir. Növbəti “Tibb elmlərinin tədrisi” adlı ToT-19 on günlük kursu institutun səhiyyənin təşkili və menecmenti kafedrasında başa çatmışdır. Kursda institutun cərrahiyyə və pediatriya kafedralarından müəllimləri ilə yanaşı 1 saylı Bakı Tibb Kollecindən 4 nəfər, 2 saylı Bakı Baza Tibb Kolecindən 3 nəfər müxtəlif ixtisasları tədris edən müəllimlər iştirak etmişlər.
Kurs iştirakçılarına tibbi tədris prosesində istifadə edilən müasir üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Kurs müddətində iştirakçılara mövzulara dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmək imkanı da yaradılmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu