12–13 iyun 2026-cı il tarixlərində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə “V Ürək Çatışmazlığında Yeniliklər” konqresi keçirilir. Tədbirin əsas məqsədi ürək çatışmazlığı sahəsində son elmi yenilikləri, sübuta əsaslanan yanaşmaları və qabaqcıl klinik təcrübələri bir platformada birləşdirmək, mütəxəssislər arasında elmi dialoqu təşviq etmək və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmaqdır. Tədbir çərçivəsində təşkil olunmuş elmi sessiyalar, panel müzakirələri və interaktiv təqdimatlar iştirakçılara həm nəzəri biliklərini zənginləşdirmək, həm də praktik bacarıqlarını inkişaf etdirmək imkanı vermişdir.
Konqresin birinci günü Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmılləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov “Atım fraksiyası qorunmuş ürək çatışmazlığının (AFqÜÇ) diaqnostikası: Biz hələ də buna nail ola bilmişikmi? təqdimatı ilə çıxış etdi.Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılandı.