Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında Azərbaycanda uşaq sağlamlığının qorunmasına dair yeni yanaşmaların tətbiqinə dair təlimlər keçirilir

06.02.2026

2024-cü ildən başlayaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının təqvim planına Azərbaycanda yeni “Universal-Proqressiv Patronaj Xidməti modeli”nin və “Uşaqların immunizasiyası üzrə təlimat”ın tətbiq olunmasına dair yeni tematik kurslar və təlimlər daxil edilib.
Təlimlərin keçirilməsi immunizasiya, ana və uşaqların sağlamlığının qorunmasına dair xidmətlərin keyfiyyətini artırmaq, səhiyyənin bu sahəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə dəstək olmaqdır. Bu kurslarda praktiki məşğələlər xüsusi yer alır. Həmin məşğələlərdə müdavimlərə əyani vasitələrlə (bələdçi, uşaq inkişafını qiymətləndirmə aləti, maneken, inyeksiya alətləri və s.) immunizasiya prosesinin incəlikləri izah edilir. Bu zaman həmin prosesin simulyatorlar üzərində icra edilməsi keçirilən məşğələləri daha maraqlı edir. Əlavə olaraq, pediatr və ana arasında risk kommunikasiyası, uşağın inkişafının sorğu vasitəsilə qiymətləndirilməsi kimi məsələlər müdavimlərin iştirakı ilə aparılan rol oyunlarında iştirakçılara daha əyani nümayiş olunur. Bu zaman verilən şərh və rəylərə xüsusi önəm verilir.
Bu şəkildə kursların həyata keçirilməsi mövzunun daha aydın, yadda qalan və maraqlı olmasına kömək edir və müdavimlərin razılığına səbəb olur.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX