Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasında tədris prosesində müasir texnologiyalardan istifadə edilir

04.02.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün innovasion texnologiyaların tətbiq edilməsi və onların verdiyi imkanlardan maksimum yararlanaraq müdavimlərin praktiki bacarıqlarının artırılmasina xüsusi önəm verilir. Bir çox kafedralar kimi institutun ortodontiya kafedrasında da tədris prosesində müasir texnologiyalardan istifadə edilir. Beləki, kafedranın klinik bazası olan «Ortho-1» klinikasında Avstriya istehsalı olan müasir «CADIAX® 4» kondiloqraf sisteminin tətbiq olunması tədrisin müasir standartlara cavab verməsinə köməklik edir.
Bu yüksək dəqiqlikli texnologiya aşağı çənənin hərəkətlərini obyektiv şəkildə qeydə alaraq gicgah-çənə oynağının (TMJ) funksional pozuntularının erkən diaqnostikasına və müalicənin düzgün planlaşdırılmasına imkan yaradır.

Kondiloqrafiya vasitəsilə aşağıdakı imkanlar əldə olunur:
• aşağı çənənin hərəkətlərində funksional pozuntuların aşkarlanması;
• çeynəmə əzələləri və TMJ səviyyəsində əzələ-oynaq disfunksiyasının müəyyən edilməsi;
• aşkar olunmuş patologiyanın pasiyentə vizual şəkildə nümayiş etdirilməsi;
• ortodontik və qnatoloji müalicənin elmi əsaslarla planlaşdırılması;
• alınan nəticələrin müdavim və rezidentlərə nümayiş etdirilməsi.

«CADIAX® 4» sistemi vasitəsilə aşağı çənə hərəkətlərinin pozuntuları,hərəkətlərin məhdudlaşması və asimmetriyası, koordinasiyanın pozulması, eləcə də TMJ nahiyəsində funksional diskomfort və gərginlik hissinin aşkar edıiməsi mümkündür.
Ortodontiya kafedrasında «CADIAX® 4» sisteminin mövcudluğu diaqnostika və müalicə prosesində müasir, elmi əsaslandırılmış və klinik yönümlü yanaşmanın tətbiq olunmasına imkan yaratmışdır.Sistem pasiyentlər üçün şəffaf diaqnostika, rezident və müdavimlər üçün isə müasir, praktik və elmi əsaslı tədris mühiti təmin edir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX