Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.01.2026

30.01.2026-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-də 2025-ci il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr.
Məruzəçi: Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev

2. Şüa terapiyası kursu ilə süa diaqnostikası kafedrasının dosenti Gövhər Qasımzadənin doktorluq dissertasiyasının elmi məsləhətçisi barədə.
3. Çapa təqdim olunan vəsaitlər.
4. Terapiya kafedrasının 0,5 vahid professor vəzifəsinə seçki.

I məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin elmi işlər üzrə prorektoru dosent M.T.Meybəliyev çıxış edərək 2025-ci il ərzidə institutda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məruzə etdi. Qeyd edildi ki, institutun əməkdaşları АМЕА Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Respublika Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun iki istiqamətdə 24 mövzu üzrə elmi-tədqiqat işlərini aparırlar, onlardan 10-u patent qabiliyyətlidir. 2025-ci ildə 8 elmi-tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir. Çıxışına davam edən dosent M.T.Meybəliyev başa çatmiş mövzularin son hesabatini verdi, yerinə yetirilən tədqiqatlarin isə mərhələ hesabatini təqdim edərək onların təhlilini apardı.
İnstitutun rektoru professor Nazim Pənahov çıxış edib qeyd etdi ki, ali məktəblərdə aparılan işlər arasında elmi-tədqiqat işləri xüsusi yer tutur.Bu işlərin müasir dünya elminin standartlarına uyğun yerinə yetirilməsi həmin məktəbin elmi səviyyəsi haqqında dəqiq məlumat verir. Rektor çıxışında təqdim olunan hesabatdakı məlumatlara öz münasibətini bildirdi, yerinə yetirilən tədqiqatların nəticələrini göstərən çap olunmuş məqalələrin sayının kifayət qədər olmamasını və ümumiyyətlə impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayının az olmasını xüsusi vurğuladı.Bu xüsusda 2015-ci ildən institutda çap olunan və AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmiş Ə.Əliyev adına “Tibb və Elm” elmi-praktiki jurnalının əhəmiyyəti də qeyd olundu. Jutnalın Web of Science və Scopus jurnallarının siyahısına daxil olunması üçün gərgin iş aparmaq lazım olduğu xüsusi vurğulandı. Sonda professor Nazim Pənahov institutda elm sahəsində aparılacaq təşkilati işlər haqqında Elmi Şura üzvlərinə məlumatlar verdi.
Sonra gündəliyin o biri məsələləri olan doktorluq dissertasiyasının elmi məsləhətçisinin dəyişdirilməsi, professor vəzifəsinə seçki və çapa təqdim olunmuş dərs vəsaitlərinin təsdiq olunması məsələləri müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX