Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq eimi-praktiki konfrans keçirildi

24.09.2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də görkəmli cərrah-alim, dövlət və ictimai xadim Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər. Tədbirdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən səhiyyə naziri Teymur Musayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban akademikin dünya və Azərbaycan tibb elminin inkişafında oynadığı mühüm roldan danışdılar. Qeyd olundu ki, onun cərrahiyyə elminə gətirdiyi yeniliklər bu gün də aktualdır və Mustafa bəy Topçubaşov Azərbaycan səhiyyəsinin və xüsusən də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıbdır. Akademikin ömür yolu bu gün cərrahiyyə elmində çalışan gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir.
Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.
Akademik Mustafa bəy Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunduqdan sonra Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirdi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX