20 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyasının təşəbbüsü və TƏBİB dəstəyi ilə Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Süd vəzi xəstəliklərinə multidisiplinar yanaşma” adlı regional elmi-praktik konfrans keçirilmişdir.
Keçirilən konfransında ölkəmizin müxtəlif bölgələrindən olan onkoloqlar, mama-ginekoloqlar, radioloqlar, patoloqlar, endokrinoloqlar, ailə həkimlər və cərrahlar iştirak etmişlər. Konfrans çərçivəsində süd vəzi xəstəliklərinin erkən diaqnostikasında müasir metodlar və müalicə protokolları, regionallarda maarifləndirmə və profilaktika imkanları, multidisiplinar yanaşmalarla yeni elmi tədqiqatların nəticələri və klinik təcrübələr müzakirə olunmuşdur.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının dosenti Fəridə Nəsirova da “Süd vəzi xərçənginin sümük metastazlarının diaqnostikasında sintiqrafiya və SPECT-CT müayinələrinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə maraqla qarşılanmış, verilən suallar cavablandırılmışdır. Əməkdaşımız konfransın işində fəal iştirakına görə Təşəkkürnamə ilə də təltif olunmuşdur.