Xəbər verildiyi kimi 19-20 dekabr 2025-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yaranmasının 90-cı ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransda çıxış etmək istəyən elmi-tibbi müəssisələrin əməkdaşları institutun elmi işlər şöbəsinə müraciət göndərə bilərlər.
Konfransın materiallarının məcmuəsi də dərc olunacaqdır. Məqalələr və tezislər azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə 1 səhifədən çox olmamaqla A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdırlar.
Məqalə və tezislərin göndərilməsi, həmçinin çıxış üçün müraciət tarixi 01 oktyabr 2025-ci il tarixinə qədərdir.
Ünvan:
AZ1012, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi 35,
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.
Məqalə və tezislər üçün:
elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev.
E-mail: meybaliev-adhti@mail.ru
Çıxışlar üçün: gənc alimlər şurasının sədri dosent A.Z.Əfəndiyev.
Telefon: (+99450) 350 83 84.