Pozzi İnstitutunun təsisçisi və rəhbəri professor Alessandro Pozzi ilə görüş keçirildi

04.09.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun olaraq tədris prosesində səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən müxtəlif yeni tibbi texnologiyaların mənimsənilməsinə böyük önəm verilir. Ona görə də institutun əməkdaşlarının və müdavimlərinin beynəlxalq tədrisdən bəhrələnməsi üçün hər cür şərait yaradılır.
Bu əlaqələrin genişlənməsi üçün bir sıra tanınmış xarici tibb müəsissələri ilə sıx əməkdaşlıq edilir və yeni əlaqələr üçün də axtarışlar olur.
04.09.2025-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov ölkəmizdə səfərdə olan Pozzi İnstitutunun təsisçisi və rəhbəri professor Alessandro Pozzi ilə görüş keçirmişdir.
Pozzi İnstitutu İtaliyanın paytaxtı Romada yerləşən Beynəlxalq Təkmil Stomatologiya Mərkəzidir və professor Alessandro Pozzi tərəfindən təsis edilmişdir. O, rəqəmsal implant stomatologiyası, protez və ağız cərrahiyyəsi üçün qlobal səviyyədə tanınan mərkəzdir. İnstitut dünyanın bir çox ölkələrindən olan xəstələrə kompüter idarəolunan cərrahiyyə və mürəkkəb qabaqcıl texnologiyalardan istifadə etməklə yardım edir. Eyni zamanda institutda rəqəmsal yardımlı tam ağız reabilitasiyası və qabaqcıl implant texnikalarına diqqət yetirərək beynəlxalq təlim kursları keçirilir. Pozzi İnstitutu Osseointeqrasiya Akademiyası tərəfindən ciddi akademik və klinik standartlarına cavab verdiyi üçün akkreditə olunmuş azsaylı beynəlxalq mərkəzlərdən biridir.
Professor Alessandro Pozzi ağız cərrahiyyəsi, ortodontiya və gicgah-çənə oynağı disfunksiyaları üzrə ixtisaslaşmışdır. O, Roma Tor Verqata Universitetində klinik tədqiqatçı və professor, Avqusta Universitetinin (ABŞ) Estetika və İmplant Stomatologiya Mərkəzində adjyunkt dosent, Miçiqan Universiteti Diş Həkimliyi Məktəbinin (ABŞ) Parodontologiya və Ağız Dərmanları Departamentində adjyunkt klinik professor, Harvard Diş Həkimliyi Məktəbinin (ABŞ) Bərpaedici və Biomateriallar Elmləri Departamentində isə mühazirəçidir. O, rəqəmsal implant stomatologiyası, naviqasiya və robotika daxil olmaqla qabaqcıl texnologiyalar üzrə qlobal ekspert kimi tanınmışdır.
Görüşdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov institutun tarixi haqqında məlumat verərək təmsil etdiyi təhsil müəssisəsində hazırda müasir tələblərə cavab verən şəraitin yaradılmasından, tədrisdə qabaqcıl informasion-kommunikasion texnologiyaların tətbiqindən, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən söz açdı. Sonda rektor bu günkü görüşün aktuallığından danışdı və bildirdi ki, stomatologiyada müxtəlif yeni tibbi texnologiyaların mənimsənilməsi məsələsi tədrisin ən vacib elementlərindəndir. Ona görə də Pozzi İnstitutunda əməkdaşlarımızın təcrübə keçməsi üçün anlaşmanın olması qarşılıqlı fayda verərdi.
Müzakirələr zamanı əməkdaşlıq edilə biləcək sahələr dəqiqləşdirildi və qərara alındı ki, tədrisin idarə edilməsinin müasir standartlara uyğun təşkili məsələlərində əməkdaşlıq və təcrübə mübadiləsinə geniş yer verilsin.
Görüşün sonunda professor Alessandro Pozzi səmimi qəbul üçün dərin minnətdarlığını bildlrdi.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX