Yeni tədris ili başlayır!

04.09.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni 2025/2026-cı tədris ili başlayır. Tədris ilinin birinci günü institutun rektoru professor Nazim Pənahov və rektorluq üzvləri institutun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər.
Başlayan yeni tədris ilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük önəm verilmişdir. Bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. İnstitutda tədris prosesində tədris proqramlarının yeniləşdirilib bu konsepsiyanın standartlarına uyğunlaşdırılması istiqamətində daim işlər aparılır. Bu il üçün tərtib olunmuş təqvim planlarına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartırma kursları daxil edilməklə yanaşı ixtisaslar üzrə təhsil proqramlarının yenilənməsi, müxtəlif aktual mövzularda tematik kursların keçirilməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni mövzuları məzmun və artmış tədris həcmi baxımından tədris materiallarının hazırlanması, tədrisin praktikyönümlüyünün gücləndirilməsi həyata keçirilmişdir. Eyni zamanda kursların müddətlərinin Davamlı Tibb Təhsili proqramına uyğun optimallaşdırılması, kursların sayının artırılması, mövzu çeşidinin genişləndirilməsi, həmmərz ixtisaslara aid kursların təşkili həyata keçirilmişdir.
Təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə institutumuzun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir. DTT-nin tətbiqi ilə əlaqədar təkmilləşdirmə kurslarına olan təlabat artmış və bu xüsusən bölgələrdə çalışan həkimlər üçün məsafədən təhsili günün aktual məsələsi etmişdir. Bunları nəzərə alaraq institutun illik təqvim planında bir sıra distant kurslar planlaşdırılmışdır.
Beləliklə, institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həcmdə fəaliyyətlərini davam etdirir və Respublika Səhiyyə Nazirliyi tərəfindən verilmiş tapşırıqları qarşıdan gələn tədris ilində də layiqincə yerinə yetirmək əzmindədir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX