Əməkdaşımız Ankara Universitetinin Diş həkimliyi fakültəsində dərslər aparmışdır

04.08.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Ankara Universiteti arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna əsasən Ə.Əliyev adına ADHTİ-nun rezidentura təhsili üzrə prorektoru, tibb elmləri doktoru, dosent Məhəmməd Davudov Ankara Universitetinin Diş həkimliyi fakültəsində ağız-diş-çənə cərrahiyyəsi ixtisası üztə uzmanlıq təhsili alan həkimlərin tədrisində iştirak etmək üçün Universitet rəhbərliyi tərəfindən dəvət olunmuşdur. Əməkdaşımız 15.07.2025-01.08.2025 tarixlərində “Ağız boşluğu selikli qişası prekanseroz xəstəlikləri”, “Ağız xərçəngi, diaqnostikası və müalicə prinsipləri” mövzularında mühazirələr oxumuş, praktik dərslər aparmışdır. Mövzular Ankara Universitetinin Diş həkimliyi fakultəsinin müəllim heyəti və dinləyicilər tərəfindən maraqla qarşılanmış, faydalı olaraq qiymətləndirilmişdir.
Tədrisin sonunda baş tutan görüşdə fakültə rəhbərliyi keçən dərslərdən məmnunluq bildirmiş və gələcəkdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX