Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının açıq iclası keçirildi

01.07.2025

01.07.2025-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası genişlənmiş formatda institutun bütün kafedralarının professor-müəllim heyətinin iştirakı ilə keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-nun 2024/2025-ci tədris ili göstəricilərinin yekun hesabatı.
2. Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə institut əməkdaşlarının Fəxri Fərmanla təltif olunması.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor Nazim Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə terapiya fakültəsinin dekanı t.e.d. Zemfira Quliyeva çıxış edərək 2024/2025-ci tədris ili göstəriciləri barədə cərrahiyyə, terapiya, tibbi-profilaktika fakültələrinin ümumi hesabatını təqdim etdi. Kursun əvvəlində və sonunda keçirilən test yoxlamalarının, müdavimlərin tədris prosesini anonim qiymətləndirməsinin nəticələri üzərində xüsusi analiz aparıldı. Əldə olunmuş yekun nəticələr iclas iştirakçılarının nəzərinə çatdırıldı. Eyni zamanda tədris prosesinin təkmilləşdirilməsi üçün müdavimlər tərəfindən verilən təkliflər də iclasda səsləndirildi.
Qeyd edildi ki, hal-hazırda institutumuzda səhiyyə üzrə 7 Dövlət Proqramı, Fəaliyyət Planı və Tədbirlər Proqramı icra olunur. Məruzəçi həmin proqramların yerinə yetirilməsi haqqında geniş məlumat verdi.
Dekan t.e.d. Zemfira Quliyeva 2024/2025-ci tədris ilində keçirilən kursların yekun hesbatını da təqdim etdi və əldə olunmuş nailiyyətlərlə yanaşı qarşıya çıxan probləmlərdən də danışdı. Həmin problemlərin gələn tədris ilində həll olunması üçün təkliflər verildi.
Bu məsələ üzrə institutun prorektoru dosent Təyyar Eyvazov çıxış edərək bildirdi ki, tədris prosesinin obyektiv qiymətləndirilməsi üçün aparılan işlər daha da genişləndiriləcək və kursa gələn müdavimlərin daha dərin biliklər əldə etməsi hesabına müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlarin yetişdirilməsi prosesi də təkmilləşəcəkdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirməlidirlər. Keçirilən dərslərin qiymətləndirilməsi üçün təsdiq olunmuş hesabat formaları təkmilləşdirilməli, müdavimlərin dərsləri qiymətləndirmək prosesi tam anonim olmaqla xüsusi yaradılmış qrup tərəfindən aparılmalıdır. Bu məqsədlə institutun rəsmi saytında da xüsusi bölmə yaradılmışdır.
Yekunda çixiş edən Elmi Şura sədri professor Nazim Qasımov institutun 90 illik yubileyi və bu yubileyi yüksək səviyyədə keşirmək üçün aparilan işlər haqqında məlumat verdi. Rektor qeyd etdi ki, 2025-ci ilin noyabr ayında institutun yaranmasının 90 ili tamam olur. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Qeyd edildi ki, ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. Rektor yubiley tədbirləri haqqında məlumat verərək bu tədbirlərin keçirilməsində cavabdeh olan əməkdaşlara tapşırıqların verildiyini bildirdi. İnstitutun 90 illik yubileyinə həsr olunmuş konfrans Azərbaycan Respublıkası Səhiyyə Nazirliyi ilə razilaşdırılaraq 19 dekabr 2025-ci ildə keçiriləcəkdir. Konfransda Respublikanın tanınmış tibb alimləri və səhiyyə işçilərinin, institutumuzun əməkdaşlıq etdiyi bir çox xarici ölkə tibb təhsil ocaqlarının rəhbərləri və alimlərinin iştirakı gözlənilir. Konfransin təntənəli açıiış mərasimindən sonra təbabətin aktual məsələlərinə həsr olunmuş plenar iclas keçiriləcəkdir. Sonra rektor Elmi şura üzvlərinin nəzərinə çatdırmışdır ki, institutun yubileyinə həsr olunmuş buklet, elmi işlər məcmuəsi və sənədli film hazırlanır. Eyni zamanda Аzərbaycan Tibb Jurnalının institutun 90 illik yubileyinə həsr olunmuş buraxılışı üzərində işlər aparılır.
Elmi şuranın gündəliyinin digər məsələsi üzrə rektor professor Nazim Qasımov çıxış edərək bir qrup institut əməkdaşının Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri Fərmanla təltif olunmasını elan etdi. Həmin əməkdaşlara Fəxri Fərmanlar təqdim olundu.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX