“Xəzər Görüşləri 5” beynəlxalq elmi-praktik konfransı keçirilmişdir

21.06.2025

14–15 iyun 2025-ci il tarixlərində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə mərhum professor İsmayıl Teymur oğlu Abbasovun xatirəsinə həsr olunmuş “Xəzər Görüşləri 5” beynəlxalq elmi-praktik konfransı baş tutmuşdur. Tədbirdə Türkiyə, Avropa və ABŞ da daxil olmaqla 9 müxtəlif ölkədən tanınmış alim və mütəxəssislər iştirak etmişlər. Konfransın əsas məqsədi dünya qastroenterologiyasındakı ən son yenilikləri yerli həkimlərlə paylaşmaq və müasir trendləri müzakirə etmək üçün innovativ elmi mühit formalaşdırmaqdan ibarət olmuşdur. Konfrans Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Babayeva Gülüstan Həmid qızının sədrliyi ilə keçmişdir.
Bu ilki tədbir hər il ABŞ-da keçirilən ən nüfuzlu qastroenteroloji tədbirlərdən biri olan DDW (Digestive Disease Week) konfransından dərhal sonra keçirilmiş və orada təqdim olunan ən mühüm mövzuların Bakı platformasında müzakirəsinə şərait yaratmışdır. Bu isə həm elmi baxımdan çeviklik, həm də yerli mütəxəssislərimizin qlobal təcrübəyə daha sürətli inteqrasiyası baxımından müstəsna əhəmiyyət kəsb edir.
Konfransın birinci günündə hepatobiliar xəstəliklərin diaqnostika və menecmenti ilə yanaşı keçirilmiş mürəkkəb klinik təhlillər paneli böyük maraqa səbəb olmuşdur. Həmin günün elmi proqramındakı daha bir panel- “Professorla söhbət” (Prof. Dr. Maria Livzan, Prof. Dr. Dmitriy Bordin) geniş müzakirə və interaktivliyi ilə yaddaşlarda qalmışdır.
Konfransın ikinci günü isə mədəaltı vəzin xəstəlikləri ilə yanaşı kapsul endoskopiyasını əhatə etmişdir.
Konfransda dəvət olunmuş yüksək ixtisaslı spikerlər ilə yanaşı terapiya kafedrasının doktorantları Rəşad Həsənov, Günay Əsədova, Emin Məmmədov da çıxış etmişlər.
“Xəzər Görüşləri 5” bir daha sübut etdi ki, Azərbaycan regionda elmi dialoq və təcrübə mübadiləsi üçün mühüm mərkəzə çevrilməkdədir.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX