Bərdə və Lənkəran şəhərində “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərlik” istifadəsinə dair təlim keçirildi
21.06.2025
2024-cü ildən Azərbaycanın bir çox şəhər və rayonlarında ilkin səhiyyə islahatlarının mühüm tərkib hissəsi kimi hamilə qadınlar və azyaşlı uşaqlar üçün ev ziyarəti xidmətlərinin (patronaj) gücləndirilməsi işinə yardım etmək məqsədilə, “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair universal-proqressiv patronaj xidmət modeli”-nin tədbiqi həyata keçirilir. Bu fəaliyyətlərə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən nəzarət edilir. Fəaliyyətlər zamanı patronaj xidmətinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının mütəmadi təkmilləşdirilməsi, işin monitoringi və koordinasiya edilməsi önəmlidir. Bununla əlaqədar Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının tədris proqramı daim yenilənərək bir çox yeni mövzuları əhatə edir. TƏBİB tərəfindən isə yerlərdə tibb işçiləri (pediatr, ailə həkimləri, tibb bacıları) üçün mütəmadi təlim və seminarlar təşkil edilir.
14 iyun 2025-ci ildə Bərdə şəhərində, 20 iyun 2025-ci ildə isə Lənkəran şəhərində “Universal-proqressiv patronaj xidmət modeli”-nin tədbiqində yer alan “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyi”-in istifadəsinə (İDİR) dair təşkil olunan təlimə, təlimçi qismində institutun pediatriya kafedrasının dosenti M.Qaraxanova cəlb edilmişdir. Təlimdə Bərdə şəhəri və ətraf kəndlərdə patronaj xidmət modeli üzrə çəlb edilən 17 nəfər tibb işçisi (6 həkim və mama, tibb bacısı və feldşer), Lənkəran şəhərində isə 27 nəfər tibb bacısı və mama iştirak etmişdir.
Təlim iştirakçılarına təlimçi tərəfindən İDİR-n fəlsəfəsi, ərsəyə gəlməsi və erkən uşaq dövründə inkişaf çətinliklərinin aşkarlanmasında istifadəsinin əhəmiyyəti barədə geniş məlumatlar təqdimat şəklində çatdırılmışdır. İştirakçılara praktiki məşğələdə İDİR-in tədbiqi nümayiş etdirildi.
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları