Əməkdaşlarımız "Mama-ginekologiyada kollaps vəziyyətlər" mövzusunda təlimdə ekspert kimi iştirak etmişlər

31.05.2025

31 may 2025-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya şöbəsi tərəfindən "Mama-ginekologiyada kollaps vəziyyətlər" mövzusunda təlim keçirilmişdir. Tədbirə həkimlər, rezidentlər və kiçik tibb işçiləri qoşulmuşlar. Təlimdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının əməkdaşları dosent Reyhanə Hacıyeva və assistent Nurtən Abdullayeva ekspert qismində iştirak etmişlər.
Təlim zamanı həkim mama-ginekoloqun praktikasında kollaps vəziyyətinin yaranma səbəbləri, təsnifatı, patogenezi, əlamətləri, diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verilmişdir. Hamiləlik və erkən doğum sonrası dövrdə kollaps keçirmiş xəstələrin vəziyyətinin proqnozu haqqında müzakirələr aparılmış, profilaktik tədbirlərin önəmliyi haqqında danışılmışdır.
Tədbirin praktik hissəsində müxtəlif klinik hallar təhlil edilmişdir. Bu zaman simulyantlara qabaqcadan yüklənmiş proqramlar əsasında dinləyicilərin mövzunu hansı səviyyədə qavradıqları aydınlaşdırılmış və belə vəziyyətlər zamanı göstəriləcək yardım metodikaları əyani şəkildə nümayiş etdirilmişdir.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX