Əməkdaşımız “Cardiometabolic complications in type 2 diabetes” beynəlxalq simpoziumunda onlayn çıxış etmişdir

31.05.2025

30 may 2025-ci il tarixində Türkiyə “Akademik İç Hastalıkları Dərnəyi”nin illik tədbirləri çərçivəsində keçirilən “Cardiometabolic complications in type 2 dıabetes” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Simpozium professor Şakir Özgür Keşkək və dosent Meral Mertin sədrliyi ilə baş tutmuşdur. Tədbirdə Türkiyə, İtaliya və Portuqaliyadan olan mütəxəssislər 2-ci tip şəkərli diabetli xəstələrdə rast gələn müxtəlif kardiometabolik ağırlaşmalara dair mühazirələrlə çıxış etmişlər.
Azərbaycanı təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti, t.e.d. Samir Mehdiyev həmin simpoziumda “Cardiovascular safety of oral antidiabetics in type 2 diabetes“, “Tip 2 diyabette oral antidiabetiklerin kardiovasküler güvenliği” mövzusunda olan təqdimatlarla ZOOM proqramında onlayn platformada çıxış etmişdir. Çıxışlar simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmış, diskussiya aparılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX