23 may 2025-ci ildə Səhiyyə Nazirliyi, TƏBİB-in dəstəyi, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə iltihabı bağırsaq xəstəliklərinə həsr edilmiş birinci Milli Forum kecirilmişdir.
İltihabı bağırsaq xəstəlikləri (İBX) üzrə birinci Milli Forumun açılış hissəsində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri, Mərkəzi Klinikanın qastroenterologiya şöbəsinin müdiri Emin Verdiyev, TƏBİB-in İcracı direktorunun müavini professor Anar Agayev, Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin İdarə heyətinin üzvü,İBX birinci Milli Forumun elmi sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnsitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva, professor Kənan Yusifzadə çıxış etmiş, tədbirin aktuallığını qeyd edərək Milli Foruma uğurlar arzulamışlar.
Tədbirin əsas məqsədi qastroenterologiya və ona yaxın ixtisas sahələrində iltihabı bağırsaq xəstəliklərinə aid yeni nailiyyətləri müzakirə edərək həkimlərin inkişafına və elmi-praktik biliklərinin artırılmasına kömək etmək idi. Forum çərçivəsində autoimmun və ekstraintestinal təzahürlər, eləcə də iltihabi bağırsaq xəstəliklərinin müalicə prinsipləri və qidalanmanın əsasları mövzuları ətraflı şəkildə təhlil olunmuşdur.
13 məruzəçi və 7 moderator həkimin iştirakı ilə baş tutmuş bu forumda iltihabi bağırsaq xəstəlikləri sahəsində ən son elmi yeniliklər, kliniki yanaşmalar və müasir müalicə üsullarının müzakirəsi ilə yanaşı, bu aktual istiqamətın ekstraintestinal və cərrahiyə problemlərinin dərin təhlili aparılmışdır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunun terapiya kafedrasının əməkdaşları dosent Babayeva Gülüstan,assistent t.ü.f.d. Qasımova Fidan, doktorantlar German Hospitalın qastroenterologiya şöbəsinin müdiri Həsənov Rəşad, Milli Onkologiya Mərkəzinin endoskopiya, invaziv endoskopiya və müalicə şöbəsinin əməkdaşı Əsədova Günay, Yeni Klinikanın həkim-qastroenteroloqu Həsənova Aycin, Ə.Əliyev adına ADHTİ ailə təbabəti kafedrasının müdiri, t.e.d. Hətəmzadə Eldar konfransda təqdimatlarla çıxış etmişlər.