Bakıda “4-cü Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı beynəlxalq elmi konfrans keçirildi

20.05.2025

17-19 may 2025-ci il tarixlərində Bakıda “4-cü Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfrans keçirildi. Tədbir TƏBİB, Azərbaycan Tibb Universiteti, Respublika Pediatriya Mərkəzi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və "Konora Events" şirkətinin, Türkiyənin “Pediatrik Uzmanlık Akademisi Derneği” və “Doğu Pediatri Derneği” elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutdu.
Konfransın əsas məqsədi pediatriya və ona yaxın ixtisas sahələrində əldə edilən yeni nailiyyətlərin müzakirəsi, xüsusilə gənc həkimlərin elmi-praktik biliklərinin artırılması və təcrübə mübadiləsinin təşviq olunması idi.
Elmi proqram çərçivəsində pediatriyanın müxtəlif sahələrini – uşaq endokrinologiyası, otorinolarinqologiya, respirator xəstəliklər, uşaq revmatologiyası, psixiatriya, nevrologiya, neonatologiya və digər aktual mövzuları əhatə edən debat panelləri və təqdimatlar keçirilmişdir.
Konfransdan öncə təşkil olunan 3 tətbiqi kurs isə gənc mütəxəssislərin praktik bacarıqlarını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşımışdır.
Tədbirdə Türkiyənin aparıcı universitetlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 8 moderator və 17 məruzəçi yerli mütəxəssislərlə öz bilik və təcrübələrini bölüşdülər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova 1-ci panelin moderatoru olmuşdur. Kafedranın dosentləri M.Qaraxanova və N.Hacıyeva konfransda iştirak etmişlər.
Konfrans həmçinin müxtəlif ölkələrdən gəlmiş iştirakçılarla əlaqələrin qurulmasına, gələcəkdə ixtisasartırma kursları və beynəlxalq elmi tədbirlərdə iştirak imkanlarının genişlənməsinə zəmin yaratdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX