Əməkdaşımız Riqa şəhərində “Neurology and Cardiology preceptorship event for global KOLs” tədbirində iştirak etmişdir

19.05.2025

15-17 may 2025-ci il tarixlərində Latviyanın Riqa şəhərində “Nevrologiya və Kardiologiya üzrə Preseptor Proqramı” çərçivəsində aparıcı mütəxəssislər üçün ekskluziv maarifləndirici tədbir “Neurology and Cardiology preceptorship event for global KOLs” keçirilmişdir. Tədbirdə aparıcı klinikalar ziyarət edilmiş, aktual mövzular, maraqlı klinik hallar müzakirə olunmuşdur.
Riqanın “Aura Medical Center” və “Professor Skride Heart Clinik” tibb mərkəzlərində aparıcı mütəxəssislər Prof.Oskars Kaleys, Prof.Aynars Rudzitis, Dr.Kaspars Kupits, Dr.Nika Kuridze, Dr.Anita Kamenscikova, Dr.Dainus Gilis qulaqcıq fibrilyasiyasında kardioversiya, ürək çatışmazlığında son tövsiyələrə uyğun müalicə alqoritmi, ürək-damar xəstəliklərində profilaktikaya dair və s. haqqında təqdimatlarla çıxış etmişlər. Klinik hadisələrin müzakirəsi interaktiv şəkildə keçirilirdi. Praktik hissədə invaziv aritmologiyada istifadə olunan müasir avadanlıqlar, ürək-damar xəstəliklərinin reabilitasiyası üçün nəzərdə tutulan aparatlar göstərilmişdir.
Tədbirdə Azərbaycandan Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Sədaqət Sultanova və ATU-nun nevrologiya kafedrasının assistenti Nuran Amanullayev iştirak etmişlər. Tədbirin son günündə iştirakçılara sertifikat təqdim olunmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX