Əməkdaşımız Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə üzv seçilmişdir

13.05.2025

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının assistenti Erkin Rəhimov 8-11 may 2025-ci il tarixlərində Meksikanın Mexiko şəhərində keçirilmiş Beynəlxalq Pediatriya Assosiasiyasının (International Pediatrician Assosiation -İPA) 31-ci konqresində iştirak etmişdir. Konqres çərçivəsində baş tutan səsvermə zamanı Azərbaycan pediatriyası üçün önəmli hadisə gerçəkləşmişdir. Belə ki, Azərbaycan Pediatriya Cəmiyyətinin sədr müavini Erkin Rəhimov səs çoxluğu ilə Mərkəzi Asiya regionunu təmsil etmək üçün İPA-nın Daimi Komitəsinə (Standing Committee) yenidən üzv seçilmişdir. Bu mühüm uğur Azərbaycan pediatriyasının beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.
Eyni zamanda, konfrans çərçivəsində Erkin Rəhimov öz elmi işini əhatə edən “Yenidoğulmuşların tranzitor taxipnoe ilə respirator distres sindromunun differensial diaqnostikasında ağciyərlərin ultrasəs müayinəsinin və qanda biomarkerlərin rolu” və “Hüquqların Müdafiəsi: Pediatriyada Bioetik Dilemmaların Araşdırılması” mövzularında çıxışlar da etmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX