Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konqres keçirilmişdir

19.05.2025

17 May 2025-ci il tarixində Bakıda JW Marriot Abşeron otelində Ə.Əliyev adına ADHTİ Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 3-cü Beynəlxalq Konqresi keçirilmişdir.
Konqres Azərbaycan Səhiyyə Nazirli Elmi Tibbi Şurası tərəfindən 8 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilmiş və onun işində 250- dən çox otorinolarinqoloq iştirak etmişdir.
Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının himninin səsləndirilməsindən sonra Konqresin rəsmi hissəsini təşkilat komitəsinin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoru Professor Nazim Qasımov açıq elan etməklə, iştirakçıları salamlamış, ADHTİ Otorinolarinqologiya kafedrasının tarixinə qısa ekskurs etmiş, Azərbaycan tibbinin, xüsusən otorinolarinqologiyanın inkişaf ritmi haqda məluma vermişdir. AR Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB icraçı direktorunun müavini Araz Nəsirov, CWASOS prezidenti Professor Metin Önerci, IFOS2026 prezidenti Professor Özgür Yiğit, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri Professor Nazim Hüseynov konqres iştirakçılarını salamlamış və konqresin işinə müvəffəqiyyət arzulamışlar. Dosent Akif Əfəndiyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Otorinolarinqologiya kafedrasının tarixi mövzulusunda açılış məruzəsi ilə çıxış etmişdir. Sonra konqresin elmi proqramına keçid edilmişdir.
Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 6 paneldən ibarət olmuşdur ki, burda da 33 məruzəçi öz elmi işlərini təqdim etmişlər. Azərbaycanlı məruzəçilərlə yanaşı Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş boyun cərrahiyyəsi birliyinin (CWASOS) sədri Professor Metin Önerci, 2026-cı ildə İstanbulda keçiriləcək Dünya Qulaq Burun Boğaz konqresinin (IFOS 2026) sədri Professor Özgür Yiğit, Avropa Foniatriya Cəmiyyətinin prezidenti Professor Haldun Oğuz, Türk Qulaq burun boğaz və baş boyun cərrahiyyəsi cəmiyyətinin sədri Professor Suat Turqut, Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Cəmiyyətinin sədri Professor Selim Semed Erbek kimi tanınmış Türkiyəli elm adamları konqresin elmi komitəsində təmsil olunmuşlar. Elmi proqram əsasən müzakirəli interaktiv panellər şəklində hazırlanmışdır ki, bu panellərdə aparılan müzakirələr konqres iştirakçılarının çox marağına səbəb olmuş, konkret mövzu üzrə biliklərinin artırılmasında ciddi rol oynamışdır. Bu, konqresin gedişində və sonrasında həkimlərdən müxtəlif platformalar üzərindən alınmış rəylərdə də qeyd edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX