08 May 2025-ci il tarixində Ankara Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu ziyarət etdilər. Heyətə Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar rəhbərlik edirdi. Nümayəndə heyətinə Ankara Universitetinin rektor yardımcıları Prof. Dr. Kaan Orhan, Prof. Dr. Harun Tanrıvermiş, TÖMER müdiri Prof. Dr. Timur Gültekin, Diş Həkimliyi fakültəsi xəstəxanasının baş həkimi Prof. Dr. Eray Kolsuz, Diş Həkimliyi fakültəsi müəllimi Prof. Dr. Berkan Çelikten ve rektor müşaviri Ümmet Artuç daxil idi. Ə.Əliyev adına ADHTİ-ni rektor professor Nazim Qasımov, prorektorlar dosent Təyyar Eyvazov, dosent Məmmədəli Meybəliyev, dosent Məhəmməd Davudov, dekanlar professor Zemfira Quliyeva, t.ü.f.d. Şadoğlan Cabbarov və Beynəlxlq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva təmsil edirdi.
Görüşdə professor Nazim Qasımov qonaqlara institutun tarixi, təhsil prosesi və institutun cari fəaliyyəti haqqında məlumat verdi. Nümayəndə heyətləri iki ölkənin qardaşlıq münasibətləri, Ə.Əliyev adına ADHTİ və Ankara Universiteti arasında mümkün əməkdaşlıq fəlaiyyətini müzakirə etdilər .
Görüşün sonunda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Ankara Universitetinin rektorları Qarşılıqlı Əməkdaşlıq haqqında Memorandum imzaladılar. Qonaqlara xatirə hədiyyələri təqdim edildi.
Axırda qonaqlar institutda fəaliyyət göstərən görkəmli dövlət xadimi Əziz Əliyevin Muzeyi ilə tanış oldular.