Əməkdaşımız “Tibb Festivalı”nda ekspert kimi iştirak etmişdir 08.05.2025
6-8 may 2025-ci il tarixlərində Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalı keçirilmişdir. Festival zamanı bir sıra elmi konfranslar təşkil olunmuşdur. Həmin konfranslar zamanı çoxsaylı gənc həkimlər və həkim-rezidentlər təbabətin aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etmişlər. İştirakçıların qiymətləndirilməsi üçün xüsusi ekspert qrupu fəaliyyət göstərmişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti İlahə Əkbərova həmin ekspert qrupunun üzvü olaraq qəbul olunmuş meyarlar əsasında məruzələrin qiymətləndirilməsini aparıb və öz tövsiyələrini vermişdir.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|