Bayramlarınız mübarək! 30.12.2025
Hörmətli həmkarlar!
Hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.
2025-ci il arxada qalır. Bu il də müasir Azərbaycan tarixinə ən ugurlu illərdən biri kimi daxil oldu. 2020-ci ildə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin nailiyyətlərinin həyata keçirilməsi, azad olmuş torpaqlarda quruculuq işlərinin sürətlə aparılması bu ildə də davam etdirildi, ölkəmizin inkişafı üçün çox işlər görüldü.
2025-ci il institutumuz üçün əlamətdar bir il kimi tarixə yazıldı. Bu il Ə.Əliyev adına ADHTİ-nun yaranmasının 90 ili tamam oldu. Bununla bağlı keçirilən yubiley tədbirləri ölkəmizin tibb ictimaiyyəti tərəfindən yüksək səviyyədə keçirilmiş bir tədbir kimi qiymətləndirildi. Bu münasibətlə Prezident İlham Əliyevin institut kollektivinə təbrik məktubu ilə müraciət etməsi və 6 əməkdaşımızı “Tərəqqi” medalı ilə təltif etməsi möhtərəm Prezidentimizin instituta olan diqqətini göstərir. Bu, bizi gələcək fəaliyyətimizdə daha aktiv olmağa sövq edir.
Bundan başqa institutumuzun kollektivi keçən ildə bir çox başqa nailiyyətlər də qazandı. Beləki, onlarla yeni kurslar təşkil edildi, tədris prosesində innovasion metodlardan geniş istifadə olundu, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri həyata keçirildi. İnstitutumuzun əməkdaşları səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlığı prosesini müvəffəqiyyətlə davam etdirdilər.
Eyni zamanda institutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından iştirak edib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər.
Üzümüzə gələn 2026-cı ildə bizi daha böyük işlər gözləyir və əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyik.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Ə.Əliyev adına ADHTİ-nin rektoru
professor Nazim Pənahov
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|