Onkologiya kafedrasının əməkdaşlarının elmi-tədqiqat işinin nəticələri birinci yerə layiq görüldü

26.12.2025

Azərbaycanlı həkimlər, Milli Onkologiya Mərkəzinin əməkdaşları Şimali Kiprdə keçirilən II Avrasiya İnterdisipliner Onkologiya Konqresində ölkəmizi təmsil ediblər. Konqresdə Orta Asiya ölkələrindən, Türkiyədən çox sayda alim və həkim iştirak edirdi. Azərbaycandan isə 19 həkim qatılmışdı və 12 elmi məqalə təqdim edilmişdi.

Medicina.az xəbər verir ki, konfransa təqdim olunan çoxsaylı elmi məqalələr arasında Azərbaycan nümayəndə heyətinin işi birinci yerə layiq görülüb. Qeyd edək ki, elmi araşdırma Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin elmi rəhbərliyi ilə aparılmışdır.


Münsiflər heyətinin qərarı ilə seçilən poster bildirişi yeniliyi və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib və 25 000 TL məbləğində pul mükafatı qazanıb. Azərbaycanlı həkimlər bu mükafatı On Uşaq onkologiyası şöbəsinə bağışlamaq barədə qərar veriblər. Yeni il ərəfəsində 1000 azn mükafat uşaq şöbəsinə hədiyyə olunub. Qeyd olunub ki, gələcəkdə elmi fəaliyyət nəticəsində əldə edilən mükafat və gəlirlər uşaq onkologiyasının inkişafına yönəldiləcək.

Qalib seçilən elmi məqalə nə ilə seçilir?
Bu elmi işdə süd vəzi xərçəngi diaqnozu qoyulmuş 1000 azərbaycanlı qadının tibbi göstəriciləri araşdırılıb. Tədqiqat çərçivəsində ginekoloji anamnez göstəricilərinin — ilk menstruasiya yaşı, doğum sayı, əmizdirmə müddəti, abort və düşük hallarının xəstəliyin mərhələlərinə təsiri təhlil olunub. Araşdırmanın nəticələrinə əsasən, bu göstəricilərin təkfaktorlu analizdə xəstəliyin gedişinə həlledici proqnostik təsiri müəyyən edilməyib.
Alimlər daha geniş, çoxfaktorlu araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Azərbaycanlı həkimlərin bu uğuru beynəlxalq elmi platformada ölkəmizin tibb elminin potensialını nümayiş etdirməklə yanaşı, eyni zamanda elmin sosial məsuliyyətlə birləşməsinin nümunəsi kimi qiymətləndirilir.

Mənbə: www.medicina.az






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX